Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.
Ölkənin Milli Assambleyasında (parlamentin aşağı palatası) səsvermə prosedurunu PTV News yayımlayıb.
Parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i PML liderinin lehinə səs verib. Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi – Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.