Amerika qoşunları Ukraynada döyüşməyəcək.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Fransa prezidenti Emmanuel Makronun müttəfiqlərə “qorxaq olmamağa” çağırışını şərh etmək istəyinə cavab olaraq deyib.
Kirbi onu da bildirib ki, prezident Volodimir Zelenski müttəfiqlərindən Ukraynaya qoşun göndərməyi tələb etməyib. “Prezident Zelenski bunu tələb etmir. O, yalnız maliyyə və hərbi texniki dəstək istəyir. Biz bu işdə ona kömək edəcəyik. O, heç vaxt xarici qoşunların ölkəsi üçün döyüşməsini istəməyib”, – deyə Kirbi bildirib.