İrəvan Zəngəzuru verməyə hazır idi, Tehran mane oldu – Badalyan 

Ermənistan hakimiyyətinin son günlərdə verdiyi açıqlamalar onu göstərir ki, İrəvanın sülh planı işləmir.

Bunu erməni siyasi texnoloq Armen Badalyan deyib.

Onun fikrincə, sülh istiqamətində danışıqlar ləngidiyindən Ermənistan hakimiyyəti əsəbi mövqelər sərgiləməkdədir. “Ona görə də danışıqlar prosesini sürətləndirməyə çalışırlar və buna cəhd edirlər. Çünki proses getməyəndə ortaya ciddi problemlər çıxır. Bu səbəbdən də onlarda bəzi əsəbi məqamlar yaşanır”, – Badalyan bildirib.

Badalayan hesab edir ki, Ermənistan hakimiyyətinin əsas vəzifəsi Qarabağı, Zəngəzur dəhlizini verib Ermənistan-Rusiya münasibətlərini pozmaq idi. “Qarabağı versələr də, İran Zəngəzur dəhlizinin verilməsinə imkan vermədi. İndi üçüncü məqam olan Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu zərərsizləşdirməkdir. Proseslərdən biri də sülh müqaviləsi imzalamaqdır. Ermənistan öhdəlikləri yerinə yetirə bilmədiyindən Türkiyə ilə münasibətlərin normallaşması nəticə vermir”, – siyasi texnoloq qeyd edib.

Rusiya-Ermənistan arasındakı münasibətləri, o cümlədən rus qoşunlarının çıxarılması ilə bağlı məsələni şərh edən Badalyan deyib ki, bu barədə fikir söyləmək çətindir: “Əgər hakimiyyət dəyişikliyi məsələsində Rusiya tərəfdən erməni müxalifətinə dəstək yoxdursa, o zaman Ermənistan müxalifətinin və cəmiyyətinin hazırda hakimiyyəti dəyişmək potensialı yoxdur. Müxalifətin bir hissəsi dolayı yolla iqtidarın tərkibindədir. Yəni hər şeyi Azərbaycana verib Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqla tamamilə Qərbə tərəf gedirlər”.

Rusiya tərəfinin verdiyi bəyanatlara toxunan Badalyan bildirib ki, Moskva bu hakimiyyətin Ermənistan cəmiyyətinin bir hissəsinin etimadını qazandığını, Paşinyanı dəstəkləməyən hissəsinin isə siyasi aktiv olmadığının fərqindədir.

“Rusiya birdən öz qoşunlarını çıxarmaq qərarına gələrsə və Ermənistan KTMT, Avrasiya iqtisadi ittifaqından çıxarsa, bunun çox ağır fəsadları ola bilər. Amma Rusiya sərhədçilərinin Ermənistanı tərk edəcəyinə şübhə edirəm. Lavrovun bəyanatı da bunu sübut edir”, – o qeyd edib.

Related posts

Prezidentdən nazirlə bağlı sərəncam

Prezident bu qanunlarda dəyişiklik etdi

Azərbaycan COP29-da intriqalara GETMƏDİ