Qorxaq olmayaq, müharibə qapımızdadır – Makron

Fransa Prezidenti Emmanuel Makron Avropadakı müttəfiqlərini Ukrayna münaqişəsi ilə bağlı qorxaqlıq göstərməməyə çağırıb.

O, bunu Çexiyaya səfəri zamanı Praqada fransalı həmvətənləri qarşısında çıxışı zamanı deyib.

“Avropanın həyatında qorxaqlıq nümayiş etdirməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Və düşünürəm ki, ölkələrimiz Avropada baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb və dayandırılması mümkün olmayan qüvvələr bizə hücum təhlükəsini genişləndirirlər. Biz tarixin çağırışlarına cavab verməli və lazımi cəsarət göstərməliyik”, – deyə o bildirib.

Related posts

Paşinyan Pezeşkianla nədən danışdı…

Polşa Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

Numan Kurtulmuş yenidən TBMM sədri seçildi