Amerikanın “F-35” qırıcısı rəsmi olaraq nüvə silahı daşımaq üçün sertifikat alıb.
Bu barədə “Breaking Defence” qırıcı proqramının rəsmi nümayəndəsi Rass Homerə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “F-35A” nüvə silahı daşıya bilən ilk 5-ci nəsil təyyarədir və 1990-cı illərin əvvəlindən bu statusu əldə edən ilk yeni platformadır.
Qeyd edək ki, ilk dəfə 2007-ci ildə istehsal edilən qırıcı təyyarənin dəyəri 221 milyon dollar təşkil edirdi. Hazırda istehsal miqyasının genişlənməsi ilə əlaqədar beşinci nəsil qırıcılarının dəyəri 79 milyon dollara enib.