Güneyli uşağa türk adına görə sənəd verilmir

Təbrizli uşaq “Selin”ə adının türkcə olmasına görə sənəd verilmir.

Bu barədə Təbrizli uşağın atası Sabir Ahəni özünün sosial media hesabında paylaşım edib.

O, bildirib ki, Təbriz Qeydiyyat İdarəsi müxtəlif bəhanələr gətirərək “Selin” adına sənəd verməkdən imtina edir.

“Körpənin kimlik sənədi olmadğına görə, tibbi xidmətlərdən yararlana, peyvənd oluna bilmir”,- Ahəni yazıb.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

Related posts

Yaşıl mandarinin bilmədiyiniz faydaları

Mən kimin nəslindənəm? – Şəcərənizi belə öyrənin

Tikinti işləri aparanların NƏZƏRİNƏ – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR