ABŞ İrana xəbərdarlıq etdi

ABŞ İranın Rusiyaya balistik raketlər ixrac etməsi ilə bağlı məlumatlara bir daha münasibət bildirib və bununla bağlı İrana xəbərdarlıq edib.

Bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili deyib.

“G7-yə üzv ölkələr İranın Rusiyaya ballistik raketlər tədarükünə əhəmiyyətli cavab veriləcəyini açıq şəkildə bəyan ediblər. Biz İrandan tələb edirik ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək anlamına gələn bu cür hərəkətlərdən çəkinsin”,- o bildirib.

Qeyd edək ki, martın 15-də G7 ölkələri bəyanat yayaraq, İranın Rusiyaya ballistik raketlər göndərəcəyi təqdirdə, İrana qarşı yeni və ciddi tədbirlər də daxil olmaqla, koordinasiyalı şəkildə cavab verməyə hazır olduqlarını deyiblər.

Related posts

Ankaradan İrəvana mesaj: Paşinyan Konstitusiya dəyişikliyinə söz verib!

Putin Trampın elçisini qəbul edəcək

Donald Tramp İlham Əliyevi təbrik edib