Qüdrət Həsənquliyevin partiyası adını DƏYİŞDİ

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) adını dəyişib.

Bu barədə Partiyanın növbədənkənar VII qurultayında qərar qəbul edilib.

Partiyanın adı dəyişdirilərək Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası olub.

P​​​​​artiya dəyişikliyin qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət edəcək.

Related posts

Belçika Kralı İlham Əliyevə məktub göndərdi

Şahbaz Şərif bu tarixdə Azərbaycana gəlir

Lalə Şövkət çağırış etdi: Ayıq olun!