121
Ukrayna ordusu Rusiyanın enerji obyektlərinə zərbələr endirməyə davam edir.
Rusiyanın Samara vilayətinin qubernatoru Dmitri Azarov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının “Rosneft” dövlət şirkətinə aid iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb.
O, teleqram kanalında yazıb ki, Volqa çayı bölgəsindəki Sızran neft emalı zavodunda yanğın olub, Novokubışev neft emalı zavoduna hücumun qarşısı alınıb.