Zabulda orucluq qaydalarının pozulduğuna görə iş yerləri bağlandı

Orucluq ayının başlaması ilə eyni vaxtda İranın müxtəlif bölgələrində iş yerlərinin bağlanması prosesi sürətlənib.

Sinfi fəalların verdiyi məlumata görə, Zabul şəhərində 5 restoran və kafenin fəaliyyəti qadağan edilib.

İş yerlərinin orucluq ayı ilə bağlı qoyulan məhdudiyyətləri pozduğuna görə bağlandıqları bildirilib.

Bu, İran Daxili İşlər Naziri Əhməd Vəhidinin orucluq ayı qaydaları ilə bağlı iş yerləri və vətəndaşlara xəbərdarlığından bir neçə gün sonraya təsadüf edir.

Qeyd edək ki, son bir il ərzində İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə minlərlə iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi