Tehranda milli şüar yazılı banner qaldırıldı

Martın 14-də Voleybol üzrə Premyer Liqanın onuncu həftəsinin oyunu çərçivəsində Tehranın İslamşəhr bölgəsində “Şəhrdari Urmiya” və “Təbiət-e Tehran” voleybol komandalarının oyunu keçirilib.

Gunaz.tv

Qarşılaşmanı izləmək üçün Azərbaycan şəhərlərindən və Tehrandan olan çox sayda azarkeş zala toplaşıb.

Azərbaycanlı azarkeşlər əllərində “Urmiya Azərbaycanın ürəyidir”  yazılı banner qaldırıblar.

Onlar bu vasitə ilə son parlament seçkisində Urmu şəhərindən iki kürd namizədin parlamentə göndərilməsinə etiraz ediblər.

Qeyd edək ki, bundan əvvəl martın 13-də Təbrizin “Səhənd” stadionunda Təbrizin “Traxtur” və Tehranın “Həvadar” futbol komandaları arasında keçiriılən qarşılaşmada da oxşar aksiya keçirilib.

Azərbaycanlı azarkeşlər Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddialarına etirazlarını bildiriblər.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA