Bakı sakinləri Rusiya səfirliyi önünə gül dəstələri gətirirlər – FOTO

Rusiyanın Azərbaycandakı səfirliyinin önünə Bakı sakinləri gül dəstələri gətirməyə başlayıblar.

Onlar martın 22-də axşam saatlarında Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində törədilən terror hücumunda həlak olanların yaxınlarına dəstək nümayiş etdirirlər.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı 82-yə çatıb, 147 nəfər yaralanıb.

 

 

Related posts

Bu böcəklər 60 min ildir bizimlə birlikdə “yatır”

Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib