Güney Azərbaycanın məşhur arxeoloji məkanında bayram tədbiri keçiriləcək

Bu barədə broşura bildiriş ilə Oğuz Bayramı tədbirinin bu gün Güney Azərbaycan vaxtı ilə saat 16:00-da keçiriləcəyi bildirilib.

Bildirişə əsasən tədbirdə əski çağlardan bəri Azərbaycanın Oğuz Bayramı (Novruz) folklorlarından biri olaraq “Təkəm gəzdirmə” olunacaq.

Həmçinin Azərbaycan rəqsi və müsiqisi səsləndiriləcəyi bildiirlib.

Tədbirin bu gün martın 21-i Qərbi Azərbaycam Əyaləti Sulduz (indiki Nəqədə) rayonunda yerləşən arxeolji məkan Həsənlu Təpəliyi sahəsində keçiriləcəyi planlaşdırılıb.

Xatırladaq ki, Həsənlu  təpəlyində 7 mindən çox tarixi əsər olmaqla Dünyanın Dəmir Dövrünün İlk Şəhəri adı ilə tanınır.

Related posts

Pezeşkian Ermənistana gedir

Polşa Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

Numan Kurtulmuş yenidən TBMM sədri seçildi