Rusiyanın Qərb dövlətlərinə növbəti hücumu ehtimalı Qərbin nə dərəcədə vahid olmasından asılı olacaq.
Bunu ABŞ-nin Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı, istefada olan general-leytenant Ben Hodces deyib.
Hodces onu da qeyd edib ki, Rusiya NATO-ya hücum etmək üçün çox yaxşı hazırlaşmalıdır. “Çünki onlar münaqişənin gərginləşməsinin mümkün mənfi nəticələrini də qiymətləndirməli olacaqlar. Mən onların axmaq olduğunu düşünmürəm. Ukraynada uğur qazansalar, iki, üç, dörd il ərzində başqa yerə gedə bilərlər. Təbii ki, bu ehtimal var. Amma NATO-ya hücuma hazırlaşmaq üçün çox şey dəyişməli olacaqlar. Çünki onlar bizim adekvat cavab verə biləcəyimizdən narahat olmalıdırlar. Bu, mümkündür və biz buna hazırlaşmalıyıq. Düşünürəm ki, ABŞ Avropadan, Ukraynadan üz döndərməsə, o zaman Rusiyanın NATO ölkələrinə hücum edəcəyini düşünmürəm”, – Hodges deyib.
O əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya sənaye rəqabətində qalib gəlməyə, döyüş sursatı və texniki xidmət əldə etməyə kömək etməlidir: “Eyni zamanda Rusiya logistikasına hücum etməlidir. Bu, baş versə, Ukrayna qalib gələcək”, – amerikalı general əminliklə qeyd edib.