“ABŞ mane ola bilməyəcək, Rusiya bu şəhəri də ƏLƏ KEÇİRƏCƏK” – Makqreqordan KRİTİK AÇIQLAMA

“ABŞ Rusiyanın Odessanı Ukraynadan almasına mane ola bilməyəcək”.

Bu fikri Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor deyib.

“Odessaya gəlincə, münaqişənin əvvəlindən rusların tarixən rus olan və rusdilli əhalinin yaşadığı ərazilərdən keçəcəyi tamamilə aydın idi.Odessa da Krım kimi heç vaxt Ukraynanın tərkibində olmayıb”, – Makqreqor deyib.

Onun sözlərinə görə, Qərb Rusiya ordusunun şəhəri tutmasının qarşısını ala bilməyəcək:

“Əgər NATO ölkələrinin ordusu Moldova, Rumıniya və ya Polşadan sərhədi keçərsə, o zaman alyans Moskva ilə döyüşməli olacaq. Vaşinqton buna hazır deyil”.

Bundan əvvəl Makqreqor bəyan etmişdi ki, lazım gələrsə, rus qoşunları Kiyevə çata bilər.(Publika.az)

Related posts

Tramp: Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək

TƏCİLİ: Rusiyadan Ukraynaya DƏHŞƏTLİ ZƏRBƏ – Ölənlər və yaralananlar var – VİDEO

Hindistan bizi İsrail silahları ilə vurdu – Şahbaz Şərif