Milyardlarla dollar dəyərində yanacaq qaçıran dəstənin lideri HƏBS EDİLDİ

Yunanıstan polisi Latın Amerikası yanacaq məhsullarını qaçaqmalçılıq yolu ilə daşıyan və 21 milyard dollardan çox gəlir əldə edən beynəlxalq dəstənin liderlərindən birini həbs edib.

Bu barədə Yunanıstan polisi şənbə günü məlumat yayıb.

Adının açıqlanmasını istəməyən polis rəsmisi “Reuters” agentliyinə bildirib ki, İtaliya vətəndaşı olan dəstə üzvü cümə günü Afinanın cənubunda saxlanılıb.

Mənbə bildirib ki, İnterpolun orderində şəxsin tutulması və mühakimə olunmaq üçün Venesuelaya ekstradisiya edilməsi tələb olunur.

Polisin bəyanatında deyilir ki, dəstə Latın Amerikası limanlarında neft tankerlərinə yüklənən yanacaq məhsullarını oğurlayıb.

Qeyd olunub ki, cinayətkar təşkilat qaçaqmalçılıqdan 21 milyard dollardan çox gəlir əldə edib.(Musavat.com)

Related posts

Polis Binəqədidə əməliyyat keçirdi – 40-dan çox şəxs saxlanıldı

İranda sərnişin avtobusu aşıb: 10 ölü, 41 yaralı

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib