Sankt-Peterburqdan miqrantlar qovulur

Sankt-Peterburqda keçirilmiş reydlər nəticəsində 400-dən çox miqrant Rusiyadan qovulacaq.

Bu barədə şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin rəhbəri Daria Lebedeva bildirib.

Onun sözlərinə görə, miqrasiya qanunlarını pozmuş 418 əcnəbi Rusiyada məcburi şəkildə çıxarılacaq.

Lebedeva qeyd edib ki, martın 25-dən 29-dək Sankt-Peterburq məhkəmələrinə miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 584 iş daxil olub ki, onlardan 515-nə baxılıb, 418 qanun pozucusu ölkə hüdudlarından kənara məcburi deportasiya olunmaqla cərimələnib. Daha 48 nəfər cərimə ödəməli və müstəqil şəkildə Rusiyanı tərk etməlidir.

Qeyd edək ki, Tacikistan vətəndaşlarının təqsirləndirildiyi “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının istintaqı fonunda Rusiya boyu reydlər keçirilir.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA