ABŞ-ın keçmiş prezidenti Donald Tramp bazar ertəsi Nyu York məhkəməsinin dələduzluq işi üzrə çıxardığı qərardan apelyasiya şikayəti vermək hüququ qazanmaq üçün 175 milyon dollar girov qoyub.
Məhkəmə sənədlərinə əsasən, girov Tramp tərəfindən Kaliforniyada yerləşən “Knight Specialty” sığorta şirkəti vasitəsilə qoyulub.
OXU24.COM xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, girov Tramp tərəfindən Kaliforniyada yerləşən “Knight Specialty” sığorta şirkəti vasitəsilə qoyulub.
Trampın vəkilləri məhkəmənin bu qərarından apelyasiya şikayəti verərək bildiriblər ki, hazırda yenidən ABŞ prezidentliyinə namizəd olan Ağ Evin keçmiş rəhbəri bu qədər böyük məbləğdə girov ödəyə bilməyəcək. Bununla bağlı ABŞ mediası eks-prezidentin mümkün müflisləşməsi və daha sonra cəriməni ödəmək üçün onun əmlakının müsadirə edilməsi məsələsini aktiv şəkildə müzakirə edib.
Buna baxmayaraq, keçən həftə məhkəmə girov məbləğini 175 milyon dollara endirib. Məhkəmə pulun ödənilməsi üçün 10 gün vaxt verib. Tramp girovu vaxtında ödəməyi bacarıb və indi dələduzluq işi apelyasiya instansiyasında baxılacaq. Aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılsa, keçmiş prezident bütün cəriməni ödəməli olacaq.