Gürcüstanda qadınlar üçün seçki kvotası ləğv edilib

Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda parlament seçkilərində partiya siyahılarında olan qadınlar üçün kvotaları ləğv edən qanunu təsdiqləyib.

Səsvermənin nəticələrinə əsasən, seçki məcəlləsində dəyişikliklərin lehinə 85, əleyhinə isə 22 deputat səs verib.

Qanunvericiliyin dəyişdirilməsi təşəbbüsü müxalif “Girçi” siyasi qrupu tərəfindən irəli sürülüb. Seçki Məcəlləsinin hazırkı maddəsinə görə, parlament seçkilərində iştirak edən siyasi qüvvələrin partiya siyahılarında deputatlığa namizədlərdən hər dördündən ən azı biri qadın olmalıdır. Təşəbbüskarların fikrincə, Gürcüstanda qadınlar siyasi karyeralarında heç bir maneə ilə üzləşmirlər və özləri ilə əlaqəli xüsusi kvota tələb etmirlər, üstəlik, qanunvericilikdə kvotanın olması ölkədə qadınların guya sıxışdırıldığını göstərir.

Qeyd edək ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılıb.

Related posts

Fransız aktyorun qırmızı xalçaya çıxmasına qadağa qoyuldu

Salman Rüşdinin gözünü çıxarana cəza verildi

Putinin köməkçisi: Ukrayna ilə danışıqlarda kompromisə hazırıq