Paytaxtda yeni hava limanı tikiləcək – Kobaxidze

Gürcüstanın paytaxtı Tiflisdə yeni beynəlxalq hava limanı tikiləcək.

Bunu ölkənin baş naziri İrakli Kobaxidze bildirib.

“Mövcud hava limanının tutumu təxminən 4-4,5 milyon sərnişindir. Turizm sektorunda çox müsbət dinamikamız var, ziyarətçilərin yüksək artımı gözlənilir, buna infrastruktur kömək etməlidir. Bizim iki variantımız var idi: mövcud hava limanını genişləndirmək və ya Vazianidə yenisini tikmək”, – o qeyd edib.

“Mövcud hava limanının genişləndirilməsi 900 milyon dollara, yenisinin tikintisi isə 1,26 milyard dollara başa gələcək. Genişləndirmə daha inkişaf perspektivləri olmadan tutumunu maksimum 15 milyon sərnişinə, yeni hava limanı isə 19-a çatdıracaq”, – İrakli Kobaxidze deyib.

Related posts

ABŞ Azərbaycana daha iki minaaxtaran it verdi – FOTO

Ayın torpağından oksigen çıxara bilən vasitə hazırlandı

İsrail və İrana uçuşlar dayandırıldı