Şuşada “Şuşanın səsi – Azərbaycanın səsi” adlı konfrans keçirilib

Azərbaycan Milli Konservatoriyasının muğam (xanəndə) kafedrası, konservatoriyanın nəzdində “Səsin tədqiqi” elmi laboratoriyası və “Azerbaijan Voice Orqanization LLC”nin birgə layihəsi ilə Ümumdünya Səs Gününə və Şuşa şəhərinin 2024-cü il üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər paytaxtı” seçilməsinə həsr olunmuş “Şuşanın səsi -Azərbaycanın səsi 2” mövzusunda dəyirmi masa və elmi-praktik konfrans keçirilib.

Konservatoriyadan  bildirilib ki, Şuşa şəhərində keçirilən konfransda Dövlət Himni səsləndirilib, Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqlərik sükutla anılıb.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynovanın “Bülbülün elmi irsində Azərbaycanda oxuma sənəti və məktəbi haqqında” mövzusunda məruzəsi dinlənilib.

Sonra muğam (xanəndə) kafedrasının müdiri, Xalq artisti Mənsum İbrahimov “Müasir dövrdə xanəndə sənətinin tədrisinə dair”, “Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorff “Azərbaycan muğam ifaçılarının sağlamlığı və rifahı” mövzularında məruzələri təqdim olunub.

Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə, AMEA-nın aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Ümumdünya Səs Günü Azərbaycan Milli koordinatoru, dosent, tibb üzrə fəlsəfə doktoru, “Lor hospital səs mərkəzi”nin rəhbəri Ramil Həşimli, Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Nəzakət Teymurova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar müəllimi Qəzənfər Abbasov, Azərbaycan Milli Konservatoriyasının dosenti, Respublikanın Əməkdar artisti Təyyar Bayramov, Azərbaycan Milli Konservatoriyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi və Tələbə elmi cəmiyyətinin rəhbəri, gənc alim Fərdin Məhəmmədzadə maraqlı və aktual mövzularda çıxışlar ediblər.

Konfrans bir birindən rəngarəng musiqi nömrələri təqdim olunub.

Related posts

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Kino sənətinin vurğunu