Həmədanlı idmançı İranın ən güclüsü oldu

Həmədan əyalətinin Kəbudərahəng mahalından olan Rza Qeytasi İranda ilin ən güclü kişisi seçilib.

Bu barədə İranın Ən Güclü Kişilər Komitəsinin rəhbəri Mahmud Qaraçorlu məlumat verib.

O, ən güclü idmançını seçmək üçün keçirilən “Dəmir kişilər” yarışında Rza Qeytasinin bütün rəqiblərini üstələdiyini deyib.

“Rza Qeytasinin iştirak etdiyi yarışı izləmək üçün idman kopmpleksinə gələn tamaşaçıların sayı 200 dəfə artıb”,- deyə Qaraçorlu bildirib.

Həmədanlı idmançı qalıb gəldikdən sonra Azərbaycan türkcəsində paylaşdığı video müraciətdə tamaşaçılara təşəkkür edib.

Onun ana dilində səlis və ədəbi qaydalara uyğun çıxışı azərbaycanlıların, xüsusən Həmədan türklərinin rəğbət və alqışla qarşılaşıb.

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi