Ana səhifə XəbərlərDünya Qərb ölkələrindən çağırış: İranı tərk edin!

Qərb ölkələrindən çağırış: İranı tərk edin!

admin2

Avstriya Xarici İşlər Nazirliyi respublika vətəndaşlarını İrana səfərdən çəkinməyə və orada olanlar isə ölkəni tərk etməyə çağırıb.

Nazirliyin bununla bağlı bəyanatında deyilir: “Bölgədəki mövcud gərgin vəziyyətlə əlaqədar yaxın günlərdə təhlükə səviyyəsinin artması gözlənilir”.

Bu səbəbdən Avstriya Hava Yolları aprelin 18-dək Tehrana uçuşları ləğv edib.

 

Xatırladaq ki, bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Fransa Xarici İşlər Nazirliyi həmvətənlərini Yaxın Şərqdə vəziyyətin gərginləşməsi təhlükəsi ilə əlaqədar İran, İsrail və Livana səfərlərdən çəkinməyə çağırıb . Sloveniya Xarici İşlər Nazirliyi də eyni şəkildə respublika vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib.

 

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə əlaqələr idarəsi (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) aprelin 1-də İsrail Hərbi Hava Qüvvələrinin İran səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbə nəticəsində Suriyanın paytaxtı Dəməşqdə 7 iranlı hərbi məsləhətçinin həlak olduğunu açıqlayıb. Hücumun qurbanları iki SEPAH generalı və daha beş zabit olub. İsrail hadisəyə görə heç bir rəsmi məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda, İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Hagari CNN-ə bildirib ki, Dəməşqdəki konsulluq deyil, SEPAH-ın hərbi obyekti hücuma məruz qalıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00