Ana səhifə XəbərlərDünya İordaniyadan İrana sərt XƏBƏRDARLIQ

İordaniyadan İrana sərt XƏBƏRDARLIQ

admin2

İordaniya İranı ölkənin İsraillə bağlı mövqeyini şübhə altına almağı dayandırmağa çağırıb.

Belə bir bəyanatla İordaniyanın xarici işlər naziri Ayman Əl-Sədafi çıxış edib.

“Bu gün Xarici İşlər Nazirliyi İran səfirini çağırıb və ona açıq mesaj göndərib ki, İordaniyaya qarşı bütün təhqirlərə son qoyulmalıdır və ölkəmizin mövqeyinə dair şübhələr əsassızdır”, – nazir deyib.

Əlavə edib ki, ölkəsi Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir: “Biz İordaniya xalqının Təl-Əviv və Tehran arasında münaqişəyə cəlb olunmasına imkan verməyəcəyik”.

Bildirib ki, bu gün nə Tehran, nə də başqası Fələstinə yardım və dəstək məsələsində İordaniya ilə rəqabət apara bilər:

“İordaniya Fələstin üçün “qan tökür”. Biz qəti şəkildə bildiririk ki, İordaniya heç kimlə münaqişə istəmir. İranla da münaqişə istəmir və biz onunla yaxşı münasibətlər istəyirik, lakin bunun üçün gərginlik aradan qaldırılmalıdır”, – deyə nazir yekunlaşdırıb.

Qeyd edək ki, İran mediası İranın İsrailə hücumundan sonra İordaniya hakimiyyətinin İsrail və İrana məxsus PUA-ları zərərsizləşdirməkdə ittiham edib.

Yaranmış vəziyyətlə əlaqədar olaraq İranın İordaniyadakı səfiri XİN-ə çağrılaraq Tehranın İordaniyanı sorğulayan hərəkətlərinə son vermək barədə xəbərdarlıq edilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00