İranın hücumundan sonra neft qiymətləri düşür

Bazar ertəsi neft qiymətlərində ucuzlaşma müşahidə olunub.

Buna səbəb İranın İsrailə raket hücumunun gözləniləndən az ziyanla nəticələnməsi olub.

“Brent” neftinin iyun fyuçersləri 0,2 dollar və ya 0,2% ucuzlaşaraq bir barel üçün 90,25 dollara, Qərbi Texas neftinin (WTI) may fyuçersləri isə 0,33 dollar və ya 0,4% ucuzlaşaraq bir barel üçün 85,33 dollara enib.

Qeyd edək ki, 300-dən çox raket və pilotsuz uçan aparatın iştirak etdiyi həmlə başqa bir ölkədən İsrailə son otuz ildən çox müddətdə ilk hücum idi. Bu baxımdan, Yaxın Şərqdən neft daşınmasına təsir edən geniş regional münaqişə ilə bağlı narahatlıqların artmasına səbəb olmuşdu.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA