“Lənkəran-Konserv” ASC ləğv edilir.
Bununla bağlı qərar cəmiyyətin cari ilin iyunun 7-də keçiriləcək səhmdarlarının illik ümumi yığıncağında veriləcək.
Yığıncaqda 31.12.2023-cü il tarixində başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi, Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi, cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər, cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, “Lənkəran-Konserv” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Cəfərov Vüqar Mirislam oğlu, nizamnamə kapitalı 2 mln 862 min 402 manatdır.