“Həzi Aslanov” stansiyasına su sızıb – RƏSMİ AÇIQLAMA

Bakıda metronun “Həzi Aslanov” stansiyasındakı tunelin tavan hissəsindən su sızmağa başlayıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı  açıqlama verən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna səbəb həmin stansiyasının xidməti otaqlarından birində su xətti borusunun zədələnməsi olub.

“Metronun “Həzi Aslanov” stansiyasının xidməti otaqlarından birində su xətti borusu zədələnib. Dərhal stansiyaya daxil olan əsas su xətti bağlanıb”.

Qurum sözçüsü bildirib ki, tuneldəki su sızması metronun işinə mane olmayıb.

“Suyun tavan hissədən stansiya yoluna sızması nəticəsində sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyinə xələl gəlməyib. Qatarlar hərəkət qrafikinə uyğun intervallar saxlanılmaqla hərəkət edib”, – deyə B.Məmmədov bildirib.

Bəxtiyar Məmmədovun sözlərinə görə, qısa müddətdə yaranmış problem aradan qaldırılıb və suyun verilməsi bərpa olunub.

Related posts

Yaşıl mandarinin bilmədiyiniz faydaları

Mən kimin nəslindənəm? – Şəcərənizi belə öyrənin

Tikinti işləri aparanların NƏZƏRİNƏ – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR