Zaqatalanın Muxax kəndində 68 il əvvəl tikilib istifadəyə verilmiş mədəniyyət evi yararsız haldadır.
Bir vaxtlar böyük konsertlərə şahidlik etmiş mədəniyyət ocağında hazırda baxımsızlıq səbəbindən mədəni-kütləvi tədbirlər keçirilmir.
“Avadanlıqlar da, binanın özü də yararsız vəziyyətdədir. Əvvəllər buraya Zeynəb Xanlarova kimi adlı-sanlı Xalq artistləri gəlirdilər. İndi isə heç bir şərait yoxdur”, – deyə sakinlər narazılıq bildiriblər.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: