İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır – ABŞ

İran azərbaycanlıları təqib olunaraq ayrı-seçkiliyə məruz qalırlar.

Bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında diqqətə çatdırılıb.

Hesabata görə, “əhalinin təxminən 24 faizini və ya 18 milyondan çoxunu təşkil edən etnik azərbaycanlılar digər etnik azlıq qruplarına nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya olunsalar” da, yerli fəallar və təşkilatçılar sıxışdırılırlar:

“Azərbaycanlılar hökumətin, fəalları və ya təşkilatçıları təqib edərək onlara qarşı ayrı-seçkilik etdiyini və bəzi valideynlərin uşaqlarına türk adları qoymasına mane olduğunu bildiriblər”.

Xatırladaq ki, Dövlət Departamentinin Ermənistanla bağlı hesabatında İrəvanın İkinci Qarabağ müharibəsində hərbi cinayət olduğu ehtimal olunan əməllərin araşdırılmasında irəliləyiş əldə etmədiyi qeyd olunub.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA