Bu barədə onun özü məlumat yayıb.
Bildirilib ki, ona elektron məktub göndərilərək 5 gün ərzində qeyd olunan məhkəmənin 1-ci bölməsinə getməsi, əks təqdirdə həbs ediləcəyi barədə xəbərdarlıq edilib.
Məktubda onun “yalan məlumat yaymaq” ittihamına görə çağırıldığı bildirilib.
Qeyd edək kİ, bundan əvvəl təhlükəsizlik məmurları Cəbrayıl Pakruhu, qardaşı Əsəd Pakruhu və oğlu Fərhad Pakruhu döyüb, həbs ediblər.
Bir gün sonra sərbət uraxılan C.Pakruh aldığı kəllə-beyin travması səbəbindənTəbrizin “Razi” xəstəxanasına köçürülüb.
Cəbrayıl Pakruh oğlunun həbsi və ona qarşı təzyiqlərlə bağlı verdiyi açıqlamalara görə incidilir.