Ana səhifə XəbərlərGüney Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub

Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub

Tehranın futbol komandalarının qadın azarkeşlərinə stadiona getməyə icazə verildiyi bir halda Traktorun qadın azarkeşləri bu haqqdan yenə məhrum ediliblər.

admin2

İranın Futbol Liqası Təşkilatı qadın azarkeşlərin Təbriz şəhəri Səhənd Stadionuna girişlərinə qadağa qoyub.

Təşkilat Şərqi Azərbaycan Əyaləti Futbol Heyətinə məktub ünvanlayaraq traktorçu qızların stadiona girişlərinə qadağa qoyulduğunu bildirib.

Səbəb kimi “stadionun mövcud ifrastrukturunda nöqsanların mövcud olmasına görə qadın azarkeşlərin təhlükəsizliyinin təmin olunmadığı” deyilir.

Məktubda vurğulanıb: “həmin stadionda nöqsanların aradan qaldırılması və tələb olunmuş şərait hazırlanana qədər qadınların girişinə icazə verilməyəcək”.

Halbuki, bir müddət əvvəl Şərqi Azərbaycan Əyaləti Futbol Heyəti, həmçinin Əyalətin İdman və Gənclər Baş İdarəsi Səhənd Stadionunda nöqsanların qaldırıldığını  təsdiqləmişdilər.

Nəticədə Əyalətin valisi Səhənd Stadionunda qadın azarkeşlərin girişinə icazə qərarı çıxarıb və 12 aprel tarixində Təbrizdə Traktor-Zobahən qarşılaşması traktorçu qadınların azarkeşliyi ilə keçirilib.

Digər tərəfdən “İdman Xəbəri” internet səhifəsi İranın Futbol Liqası Təşkilatının həmin bəhanəsinə reaksiya göstərib.

Xəbərdə deyilir: “Traktor və Zobahən komandalarının qarşılaşmasında qadın azarkeşlərə ifrastrukturla əlaqədar hər hansı bir problem yaranmayıb”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00