217
Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb.
Bu barədə Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Həmçinin, bu il üçün ölkədə quduzluq hadisəsi qeydə alınmayıb. Ötən il isə 1 belə hadisə baş verib.
Xatırladaq ki, ötən ilin üç ayı ərzində 8 min 954 heyvan dişləməsi qeydə alınıb. Bunlardan 5 min 124 hadisə məlum, 3 min 830 hadisə naməlum heyvanlar tərəfindən olub.