268
Siyəzən sakini Cavid Yəhyayev tullantılardan sənət əsərləri hazırlayır.
2012-ci ildən bu işlə məşğul olan sənətkar istifadə etdiyi metalları adətən avtomobil təmiri sexlərindən, eləcə də metal qəbulu məntəqələrindən topladığını deyir:
“Əvvəllər avtomobil təkərlərindən fiqurlar hazırlayırdım. Artıq iki ildən çoxdur ki, metallarla işləyirəm. Hazırladığım əl işləri arasında ən çətini maral heykəli olub. Ona üç aya yaxın vaxt sərf etmişəm”.
100-ə yaxın əl işi hazırlayan C.Yəhyayev ona xarici ölkələrdən iş təkliflərinin gəldiyini, lakin fəaliyyətini Azərbaycanda davam etdirmək istədiyini bildirib.
Ətraflı Baku TV-nin süjetində: