Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan Prezidenti Rumen Radevi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Related posts

Ermənistan və Azərbaycan siyasətçiləri görüşdülər – FOTO

Paşinyan Pezeşkianla nədən danışdı…

Pezeşkian Ermənistana gedir