Ana səhifə XəbərlərSiyasət Bayramov-Mirzoyan danışıqları bu gün də davam edəcək

Bayramov-Mirzoyan danışıqları bu gün də davam edəcək

admin2

Azərbaycanın və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Almatıda davam etdiriləcək.

Nazirlər arasındakı danışıqlar ötən gün başlayıb. Danışıqlar 4 saat davam edib.
Danışıqların əvvəlində Ermənistan, Qazaxıstan və Azərbaycanın xarici işlər nazirləri salamlama nitqləri ilə çıxış ediblər.
Ceyhun Bayramov deyib ki, Azərbaycan regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək, sülh prosesinin irəliləməsi üçün səylərini davam etdirəcək.
Mirzoyan isə deyib ki, tərəflər özünü sülh müqaviləsi imzalamaqla məhdudlaşdırmamalıdır: “Bölgədəki bütün nəqliyyat kommunikasiyalarını açmaqla daha da irəli gedə bilərik”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00