Gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri həqiqəti əks etdirmir.
Bu barədə “Report”a Quba Mərkəzi rayon Xəstəxanasından məlumat verilib.
Xəstəxananın reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.
“Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır”.
Qeyd edək ki, bu gün sosial mediada gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri yayılıb.