Ana səhifə XəbərlərHadisə Gənc yazarın ölüm xəbəri həqiqəti əks etdirmir – AÇIQLAMA

Gənc yazarın ölüm xəbəri həqiqəti əks etdirmir – AÇIQLAMA

admin2

Gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri həqiqəti əks etdirmir.

Bu barədə “Report”a Quba Mərkəzi rayon Xəstəxanasından məlumat verilib.

Xəstəxananın reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.

O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, koma 3-dür:

“Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır”.

Qeyd edək ki, bu gün sosial mediada gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri yayılıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00