Rusiya Texnologiya Universiteti (RTU) MIREA qızılca virusuna görə karantinə bağlanıb, tələbələr distant təhsilə keçirilib.
Bu barədə təhsil müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
“1019 saylı əmrə əsasən, mayın 14-dən 24-dək RTU MIREA-da bütün dərslər distant rejimdə aparılacaq, kampuslar isə bağlanacaq”, – məlumatda deyilir.
Eyni zamanda, kibertəhlükəsizlik və proqramlaşdırma kolleclərinin əyani təhsilini davam etdirəcəyi bildirilir.