Səlahəddin Dəmirtaşa hökm oxundu – 42 il həbs

Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilən şəxslərə hökm oxunub.

İşlə bağlı Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş 42 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla yanaşı Figen Yüksekdağ 30 il, Mardin Şəhər Bələdiyyəsinin sabiq sədri Ahmet Türk 10 il müddətinə həbs ediliblər.

Məsələdə adı hallanan digər 3 nəfər, Altan Tan, Ayhan Bilgen və Aysel Tuğluk isə bəraət alıblar.

Qeyd edək ki, 2014-cü ildə “Kobani hadisələri” zamanı Diyarbəkirdə 33 nəfər ölüb, 460 insan yaralanıb.(qafqazinfo)

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Kreml: Vəziyyət çox gərgindir

Ağ Evdən Harrislə bağlı AÇIQLAMA