Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Azər Zeynalov ilk dəfə “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib.

Filarmoniyadan bildirilib ki, tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsert proqramında sənətçi Emin Sabitoğlunun “Şükriyyə”, “Gəncədən gəlirəm”, Tofiq Quliyevin “Bəxtəvər oldum”, “Azərbaycan”, Rauf Hacıyevin “Leyla”, Siyavuş Kəriminin “Ömrümün istəyi”, “Sənsizləmişəm”, Sevil Əliyevanın “Əziz anam” və digər əsərləri ifa edib.

Related posts

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötür

Kino sənətinin vurğunu