Antoni Blinken: “ABŞ Gürcüstana qarşı tədbir görə bilər”

“Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici agentlər haqqında” Qanuna cavab olaraq ABŞ Tbilisiyə qarşı addımlar planlaşdırır”.

Bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

“Biz cavab olaraq hansı addımların atıla biləcəyini nəzərdən keçiririk. Düşünürəm ki, bir tədbir görəcəyik”, – deyə Blinken Senatdakı dinləmələrdə söyləyib.

Qeyd edək ki, mayın 13-də Gürcüstan parlamentinin Hüquq Komitəsi “Xarici təsirin şəffaflığı haqqında” (daha çox “Xarici agentlər haqqında” kimi tanınan) Qanunu üçüncü oxunuşda qəbul edib. Mayın 18-də isə Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi bu qanun layihəsinə veto qoyub. O əlavə edib ki, bu qanun ləğv edilməlidir.

Xatırladaq ki, gürcü müxalifətinin “Rusiya qanunu” adlandırdığı “Xarici agentlər haqqında” Qanunun müzakirəsi Tbilisidə qanun layihəsinin təsdiqinə qarşı hər gün etiraz aksiyalarının keçirilməsinə, etirazçılarla polis arasında toqquşmalara səbəb olmuşdu.

Related posts

ABŞ Azərbaycana daha iki minaaxtaran it verdi – FOTO

Ayın torpağından oksigen çıxara bilən vasitə hazırlandı

İsrail və İrana uçuşlar dayandırıldı