Bələdiyyə sədri dayısını qanunsuz tikinti apardığına görə CƏRİMƏLƏDİ

Türkiyədə keçirilən sonuncu yerli seçkilərdə Türkiyə Fəhlə Partiyasının (TİP) qalib gəldiyi yeganə yer olan Hatayı vilayətinin Samandağ rayon bələdiyyəsində maraqlı hadisə yaşanıb.

TİP-dən olan bələdiyyə sədri Emrah Karaçay dayısını qanunsuz tikinti işləri apardığı üçün 27 min lirə cərimələyib.

Safi Meydan adlı sakin qanununu pozaraq ərazidə yarımtikili inşa edib. Bələdiyyə onu cərimələyib.

Məlum olub ki, cərimələnən Safi Meydan Samandağ bələdiyyəsinin sədrinin dayısıdır.

Related posts

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

AŞPA-nın keçmiş vəzifəlisi öldü

Sabiq nazirin oğlu: 400 minlik yeyintidən xəbərim olmayıb