İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev tacikistanlı həmkarı Emoməli Rəhmonu Bakıda keçiriləcək COP29-a dəvət edib.

Bunu İlham Əliyev prezidentlərin mətbuata bəyanatı zamanı deyib.

“Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”, – dövlət başçısı bildirib.

Related posts

Donald Tramp İlham Əliyevi təbrik edib

Kamran Əliyev növbəti dəfə BPA-nın vitse-prezidenti seçilib

İlham Əliyevə təşəkkür – İsraildən Bakıdakı gizli görüşə REAKSİYA