Rəisinin cənazəsində diqqət çəkən detal – FOTO

Helikopter qəzaya uğraması nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onunla birlikdə 6 nəfərin dəfn mərasimində bir detal diqqət çəkib.

Associeted Press”in (AP) çəkdiyi görüntülədiyi görüntülərdə rəsmilərin tabutlarının İran bayrağına büküldüyü görülür.

Yalnız 2 tabutun üzərinə qara çadra qoyulması xarici mətbuat nümayəndələri üçün maraq doğurub.

AP çadraların mərhumun Məhəmməd peyğəmbərin soyundan gəldiyini göstərmək üçün qoyulduğunu yazıb.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

 

 

 

Related posts

Pezeşkian keçmiş kəşfiyyat nazirinə yüksək vəzifə verdi

Pezeşkian Roma Papasına çağırış etdi

İranlı jurnalist Kiyanus Sandjari rejimə etiraz olaraq intihar etdi