Azərbaycanlıların həyətində də çox görünən sarmaşığa görə Rusiyada həbs cəzası verilir

Rusiyada bağında sarmaşığın bir növü olan “ipomoea tricolor” əkənlər cərimələnə və ya həbs oluna bilərlər.

Bu barədə rusiyalı hüquqşünas Yelena Kuderko xəbərdarlıq edib.

Onun sözlərinə görə, Rusiya qanunvericiliyi bu yaxınlarda sözügedən alaq otunun yetişdirilməsinə görə cəzalar tətbiq edib.

Bildirilib ki, bu sarmaşığın tərkibində psixoaktiv təsir göstərən alkaloidlər var; sarmaşığın gövdəsində, çiçəyində və toxumlarında olan enteogenlər intoksikasiyaya və şüurun dəyişməsinə səbəb ola bilər.

Qanuna görə, 10-11 bitki yetişdirməyə görə iki il, 100 və daha çox bitkiyə görə isə səkkiz ilədək həbs cəzası nəzərdə tutulub.

Qeyd edək ki, gözəl görünüşə malik olan və kompleks baxım tələb etməyən bu sarmaşıq Azərbaycanda da kənd yerlərində bağa bəzək verən alaq otu kimi geniş yayılıb.

Related posts

Kim Çen In orduya TAPŞIRIQ VERDİ

Şimali Koreya Rusiyaya dəstək üçün 100 minlik qoşun göndərə bilər

ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq