Azərbaycan Şəhidlərini hörmətlə anırıq – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Rəcəb Tayyib Ərdoğan bu barədə rəsmi “X” hesabında paylaşım edib.

“Bir millət, iki dövlət ruhuna sahib olduğumuz Azərbaycanın 28 May Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm. Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm”, – paylaşımda vurğulanıb.

Related posts

Belçika Kralı İlham Əliyevə məktub göndərdi

Şahbaz Şərif bu tarixdə Azərbaycana gəlir

Lalə Şövkət çağırış etdi: Ayıq olun!