Ana səhifə XəbərlərHadisə İrandan Azərbaycana qanunsuz yük gətirən avtomobil saxlanıldı

İrandan Azərbaycana qanunsuz yük gətirən avtomobil saxlanıldı

admin2

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq təsərrüfat malları yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi 99-DK-173/10-ZG-554 dövlət qeydiyyat nişanlı DAF markalı yük nəqliyyat vasitəsinin yol-nəqliyyat sənədində qeyd olunan 18 tona yaxın avtomobil ehtiyat hissələrini İran ərazisində boşaltdığı və həmin yükün yerinə 17 tondan artıq döşəmə daşı yüklədiyi müəyyən olunub.

Bu barədə Naxçıvan Baş Gömrük İdarəsindən bildirilib.

Nəqliyyat vasitəsi mayın 29-da saat 21:50-də Azərbaycan Respublikasının “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində qeydiyyata alınaraq ölkədən çıxış edib, iyunun 2-də saat 04:52-də “Culfa” dövlət sərhədindən buraxılış məntəqəsindən muxtar respublika ərazisinə daxil olub.

Yükə qanunsuz müdaxilə zamanı istifadə olunan yapışdırıcı və digər vasitələr, qırılıb sonradan yapışdırılmış gömrük təminatları maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00