Fransa Amerika cütlüyünün Avropa İttifaqı və G7 səviyyəsində Qərb ölkələrində dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirin Ukraynaya ötürülməsinə nail olmaq niyyətləri var.
“Ölkə.az” xəbər verir ki, ABŞ prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makron Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı razılığa gəliblər.
Co Baydenin Fransaya səfəri zamanı iki ölkə başçısının müzakirə etdiyi əsas mövzulardan birinin də Rusiyanın dondurulmuş aktivləri ilə bağlı oluğu bildirilir.
Bəzi saytların yazdığına görə ABŞ və Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynanın hərbi ehtiyacları üçün istifadəsinə dair saziş bağlamağa yaxındırlar və bu il keçiriləcək G7 sammitində razılığa gəlməyə ümid edirlər.
Ötən ayın 20-də bu məsələ ilə bağlı yayılan məlumatda isə Almaniya, İtaliya, Fransa və Yaponiyanın Amerikanın planına qarşı çıxdığı bildirilirdi.