İldırım vuran mayor Tərtərdə dəfn edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan hərbçisi, mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtərdə keçirilən vida mərasimi başa çatıb.

Mayor Baxış Baxışlı Tərtər rayonunun İsmayılbəyli kənd qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

Related posts

DSX-nin ötən gün ölən 18 yaşlı əsgərinin FOTOSU

Qaxda ağır qəza: Xəsarət alanlar arasında uşaqlar da var

Bu böcəklər 60 min ildir bizimlə birlikdə “yatır”