İrəvanda vəziyyət gərginləşdi

Müxalifət hökumətin istefa tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağrılması tələb edir.

Arxiyepiskop Baqrat Srbazanın rəhbərlik etdiyi “Vətən uğrunda” hərəkatının iştirakçılarının bir qismi bazar günü keçirilən aksiyadan sonra gecəni İrəvanın Baqramyan prospektində keçiriblər. Onlar çoxlu çadırlar quraraq tonqallar yandırıblar.

Arxiyepiskop Srbazan müxalifətin bundan sonrakı planlarını açıqlayaraq deyib ki, bunlar ilkin olaraq 3  mərhələdən ibarətdir.

Birincisi, hökumətin istefasını təmin etmək üçün iyunun 11-də saat 16:30-da müxalifətçi deputatlarla görüş;

İkincisi, iyunun 10-da parlamentin növbədənkənar sessiyanın keçirilməsi və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputatları müxalifətin iradəsinə tabe etməyə nail olmaq;

Üçüncü addım isə  parlament növbədənkənar iclasında hazırkı hökumətin istefasını və yeni hökumətin formalaşdırılması qərarını təsdiq etməkdən ibarətdir.

Related posts

Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür – Areşev

Səfirlik: ABŞ Azərbaycanın NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir

Elton Con görmə qabiliyyətini itirdi